Rafael Hüseyni - "BAĞIŞLA"

Hardan başlayacağımı belə bilmirəm
Gecikmiş məktubun salamı olmur
Yalannan nə deyim yalansız indi
Yalançı dünyanın nizamı olmur...

Bəli ,çox yalanlar demişəm sənə
Çünki mən eşqimin sorağındayam
Hər dərdim olanda yetim uşaqtək
Ana heykəlinin qabağındayam...

Bu heykəl məğrurluq öyrədib mənə
Yenə tək vuruşur tək əlləşirəm
Sənli xatirələr düşür yadıma
Heykəlin önündə heykəlləşirəm...

Yerə axıtsaydım Xəzər olardı
İçimə tökdüyüm göz yaşım qədər
Sənlə oturduğum bu qara daşlar
Mənə doğmalaşdı qardaşım qədər...

Dünən də burdaydım, bu gün də burda
Sabah da burdayam ,gəlmək istəsən
Gələndə bir zəhmət ruhumu gətir
Sizi gözləyəcəm bilmək istəsən...

Mən sənsiz özümdən uzaq düşmüşəm
Nə vaxtdır əlinə çatmayır əlim
Yolumu azmışam, əlini uzat
Əlindən yapışım, özümə gəlim...

Yenə də əl-ələ sahilə gedək
Sadəcə oturub üz-üzə baxaq
Biri birimizə heçnə demədən
Arada sırada dənizə baxaq...

Sənsiz heyatımın itib anlamı
Qayıtsan, yaşamaq nədir bilərəm
Səninçün yaşaram, qayıtmasan da,
Səninçün ölənə qədər ölərəm...

Sənlə yaşamışam sənsizliyimi
Həsrət barəsində düşünməmişəm
Hər dəfə gizlənib xatirələrdə
Kədərin gözünə görünməmişəm...

Mən səndən durduqca uzaq həyatda
Sən məni yalançı sanardın, axı
Sən zərif bir parça mən alov kimi
Mən sənə toxunsam yanardın axı...

Ehtiyac duyuram sənə başa düş
Dərdimi bölmürəm mən bir adamla
Laqeyd yanaşma yaşananlara
Ya məni tam anla yada tamamla...

Mən elə bir aşiq deyiləm sözü
Küləklə paylaşa yağışla deyə
Mən sənə zamansız bağışla dedim
Sən məni zamansız bağışla, deyə...

Bu xəstə könlümün dadına yetiş
Qoymaki sevgimiz yuma gözünü
Qoy mənim yerimə özünü daha
Həm məni bağışla həm də özünü...

Heç həyat özü də günahsız deyil
Səhv edə bilərəm mən də, bağışla
Daha nə söyləyim sənə sevgilim
Allah bağışlayandır sən də bağış
la..

Yorum Gönder

0 Yorumlar