Mirzə Ələkbər Sabir - MƏQALƏLƏR


Qeyrət
Bu gün aləmi-mətbuatı-islamdə nəşr olunan qəzetlərin hansı bir nömrəsidir ki, onda islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris olunmasın? Zənni-axizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlər qeyrəti-islam edəcək və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət oluna bilər.
Hər halda adini tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni mətlub bir surətde əncamə irişdirməkdən ötrü şüari-islamiyyətimizin intişarına qeyrət və qerəti-milliyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqisi denilməkdən maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü nabud olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn ediyorum.
Pəs boylə olan surətde şəriəti-ğərrayi-Məhəmmədi göstərdiyi əvamiri əxz və nəvahini tərk edib hədisi-şərif “iza ləm yəğurrül-rəcul fəhuvə mənkusəl-qəlb” məzmununca qeyrətsizlikdən mənkusə-qəlb olmağa tənəzzül etməyib, irzi-islami mühafizə etməkle bərabər elmi-islami təhsil edib, zəminindeq dəxi ülumi-dünyəviyyə və əlsinəyi-əcnəbiyyəni əxz etməliyiz ki, həm dünya cəhətincə və həm axirət cəhətincə tərəqqi edib, məsud ve bəxtiyar olaq.

Komediya kəmali-ləyaqətlə oyanıldı

Avrustun 3-də Salamovların evində Qarabağda axır vətdə erməni-müsəlman qirğınında yaralanmış müsəlmanların mənfəətinə müdiri-məsuk uçitel Əlicabbar Orucəliyev cənablari sair ziyalı cavanlar ilə mütəffiq N.Vəzirovun dörd pərdəli “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıxarılacaq otaq vəsi və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insan adətən yerindən hərəkət edə bilməyirdi. Tamaşaçiların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə olunurdu. Ianə mətlub vəchilə olmuş idisə də, spektakl dəxi müntezəm bir surətde tərtib olunmuş vəz ilə hüzurə çıxarılıb, kəmali-ləyaqət ilə oynanıldı. Cəbrayılov cənabları (Hacı Qənbər) hansi ki, öz dövleti[ni] əla dərəcədə dərk etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyənatında ziyadə məharət göstərib, cəmaəti qah-qah ilə güldürürdü. Cənab Məhəmmədov (Aşıq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, xoş avaz ilə oxumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov (Əşrəf) özünü səhneyi-tamaşada asudə saxlamaqla müəssir dediyi ibrətamiz sözləri tamaşaçıları məbhut etmişdi. Mustafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi. Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.
Övrətlər rollarını cənab Səfərəliyev (Dilbər xanım), Kazım Abdullayev (Yetər), Ismayılov (Cəvahir xanim) qayətdə gözəl oynadilar. Məxsusən Ismayılov öz səsini və şiveyi-hərəkatını övrətlər şivəsinə artıq dərəcədə bənzədirdi.
Hüseynbəy Hüseynbəyov (Hacı Səlman), Qulam Abdullayev (mayor Xudaverdi bəy), Məşədi Sadıqov (Molla Səfi), Şirəlibəyov (Mahmud), Əlibəy Nazir Hüseynbəyov (başmaqçı Imamqulu) hər biri öz rolunda behəqqi münasibi-məqam idilər. Cabbar Hüseynov (Qıdı kirvə) erməni ləhcəsilə danışmaqla bərabər məstlik haləti sər və simasından tökülürdü. Həmçinin süfliyorun səsi o qədər eşidilmiyordu. Antrakt vətində muzik ve zurnaçılar çalırdılar.
Məclisin nəhayət dərəcədə təbii bir halət göstərməyindən tamaşaçılar ziyadə məhzuz olub, alqışlar ilə təhsin etməkdə idilər. Görünürdü ki, müntəzim və mürəttib cənabları öz vəzifələrində lazımınca səy edib, qeyrət göstərmişlər.
Vüsul olan məbləğin vəzi-məxaricindən sonra təmizəlba1qi 318 manat 68 qəpik pulu Orucəliyev və Şirəlibəy sənab Şişə şəhrinə poçta vasitəsilə doktor Kərimbəy Mehmandarovun üstünə göndəriblər.


Yadigar

Möhtərəm Molla Nəsrəddin əfəndi!
                                                                    Acizanə xahiş edirəm ki, bu neçə
                                                                    kəlməyə jurnalınızda yer verəsiniz.

Mərhum Həsənbəyin vəfatı münasibətincə lazım idi ki, bütün Qafqazda olan şəhərlərdən biz şamaxıların üstümüzə sər-səlaməti teleqramları çəkiləydi… Çünki o mərhum bizim öz şamaxılımız idi, o bizim öz adamımız idi; daha doğrusu, o bizim mənəvi atamız idi.
Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya teleqram elədilər, nə bilim “Irşad”a yazdılar…
Bainhəməl biz yenə öz vəzifəmizi ifa etməkdə qüsurluq etmədik, o mərhumu yadımızdan çıxarmadıq, demək, onun bizdə olan həqqini əda etdik.
Qərar qoyduq ki, onun ancaq möhtərəmə1 əyalına bircə teleqram edib sər-səlaməti verək. Hətta bu xüsusda çox danışdıq da, hələ də danışırıq, yenə də danışacayıq; çünki o mərhumu yadımızdan çıxarda bilmərik! Şərt teleqram vurmaqda deyil: hər mətləbin üstündə gərək danışıq olsun, danışılır, danışırlar, axırda iş bir yerdə qərar tutar; necə ki, elə belə də oldu, yəni teleqramı mövqüf edib, mərhumun yadiğarına şəhərimizdə olan uşqolaların birində tək bircə nəfər yetim uşaq oxutmaq fikrinə düşdük; demək ki, müsadimeyi-əfkardan bariqeyi-həqiqət partladıq! Afərin bizə! Mərhəba bizə!
O idi ki, bu xüsusda götür-qoy elədik, götürdük qoyduq, qoyduq götürdük, qoyduq götürdük, götürdük qoyduq, bircə xırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz xoruz kimi şoğərib tək səbir bu yandan bannadı, səbrin səsinə diksinib yuxudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər saldım, gördüm ki, hamı xorhaxornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni sizə yazıb, dübarə başımı yasdığa və getdim yuxuya. Hərçənd ev isti, yorğan-döşək qalın, yuxu şirin, heç bir də oyanmağa ümidim yoxdur; amma yenə vəsiyyət yüngüllükdür, budur sənə deyirəm, aşna: əhyana, oyandım, mabədini də yazaram, yox, əgər oyana bilmədim, nə bir eybi varmış: yar baqi, söhbət baqi, o dünyada görüşüb zəbanı-ərz edərəm.


Ləbbəyk İcabət
Sevgili, yeganə “Irşad”ımızın 272-ci nömrəsində “Ümum müsəlmanlara!” sərlövhəli məlaləyi oxuduqda şairir-həcvgu Əşrəfin şu qitəsi xatirimə gəldi:
    
          Ey vətən, ver əlini bir sıxayım,
          Əlimizdən gediyorsun, adiyo!
          Çeşemi-şəfqətlə baxıldıqca sana,
          Məni məhzun ediyorsun, adiyo!

Qayəti-təhəssürümdən nə yapacağımı şaşırıb sərasimə həmvətənlərim olan Şamaxı əhlinə təvəccöhümdə nə gördüm? Bütün şəhər əhli mütəəssir olub, ümumi bir pərişanhallıq ilə rəfiqim Səhhətin şu beytləri ilə mütərənnüm olmaq istəyirlər:

          Ey vətən, getmə ki, əldən gedəriz1
          Biləriz fərz sənin xidmətini!
          Nədi-can eşqinə isar edəriz,
          İstəriz vəzi-fəlah heyətini!

İştə ‘Irşad”a dadrəslik məqamında əl uzatmağa mayil olan həmvətənlərindən tazə il üçün abunə olmağa iki yüzə qədər zəvati-giram kəmali-rəğbət ilə amadədirlər. Ancaq “Irşad” idarəsində abunə dəftərinin hələlikdə açılmayıb və açılması ədibi-mücahadimiz Ağayev cənablarının Qafqaza müsafirətindən sonraya qaldığına görə hal-hazırda abunə ola bilmeyirler. Ümidvarız ki, inşallah, tamam Qazqaz müsəlmanları və sairin himmət edib, əl-ələ verib “Irşad”ın dəvam və bəqasına ifayi-himmət edəcəklər və bu mənbəi-feyzin qapanmasına millət naimə razı olmayacaqlar.
İştə, hamıya məlum olduğu kimi, biz Şamaxı əhli əksər biladi-Qafqazdan fəqir və kəmtəvana olduğumuz halda, az da olur isə bu qədərcik “Irşad”a xidmət edəcəyik. Bizə nisbətən hər vilayət kömək edər isə “İrşad” qapanmaz güman edirəm.

          Milliyəti yad eyləyin, ey ümməti-naci!
          Pək təhlükəli xəstədir islam məzaci!

Yorum Gönder

0 Yorumlar