Firuz - "BİR NƏFƏR


Tərki-dünyalıq xəyallardan qurulmuş vadidir,
Tərki-dünyadır, xəyallarla kəsişmir bir nəfər.
                        *  *   *
Aldanıb getdikcə ilğım cəzb edir, səhra yolun,
Bir nəfər yoxdur dəyişdirsin, dəyişmir bir nəfər.
                        *  *   *
Mən xəyal əhlindən imdad istədim fəryad edib...
Susdum əfqan eylədim, gördüm yetişmir bir nəfər.
                        *  *   *
Bir məsəl var "qəlbə təmir müstəhəqdir", dərd odur...
Ehtiyat eylər qırılmaqdan, bitişmir bir nəfər.
                        *  *   *
Gözləyək şair, zaman əlbət yetər, Firuz olar
Söhbət ağır söhbət olduqca girişmir bir nəfər.

Yorum Gönder

0 Yorumlar