Firuz - "YUXU"


 Badə ver ey sa:qi içim,

Yar gözündən axıdan qanlı cəhənnəm suyun

Qoyma, izin vermə keçim,

Hüsnü-nigarın silim üstündə gözün qəm suyun


Bir masa hazırla kiçik,

Gözdən uzaqlarda, könüllərdən uzaq, tək qalım

Bir məzə hazırla çevik,

Qoymasın aşüftə xəyalım məni gerçək qalım


Başqa gəlib yoxdu gedən,

Gəl, buyur, əvvəl de görüm nəydi günahım mənim?

Nəydi görən vadar edən?

Nəydi səbəb, məndəki mənlik mənə kəslib qənim?


Var mı bu halətdə biri?

Mən nə səbəbdən yana xatırlamıram heç nəyi?

Bəs ölüyəm, yoxsa diri?

Kaş deyə bilsəydim əminəm, bilirəm gerçəyi


İstəmirəm, vermə cavab,

Bilməmək asandır həqiqətləri - ən yaxşısı

Get-gedə bitməkdədi xab

Gecdi gedim, hesabı göndər mənə sən yaxşısı


(*hüsnü nigar- məşuqun üz gözəlliyi)

(*aşüftə-pərişan)

(*xab- yuxu)

Yorum Gönder

0 Yorumlar