Araz Əfəndi - "BAKI ŞƏHƏRİNƏ"


Bu həyata göz açandan, gəzir hər kəs özgə dövran,
İçi boş xəyallarıyla, elə bil ki, hər bir insan
Bu şəhərdə qayğısızdır.

Yenə sahilin dənizlə gecələr öpən küləklər,
Yolun üstünə əkilmiş, başını əyən dirəklər,
Bu şəhərdə qayğısızdır.

Qırılan bütün ürəklər, içi boş xaraba qalmış,
O qədər ögeyləşib ki, dilimizdə doğru-yalnış
Bu şəhərdə qayğısızdır.

Doğulan kiçik bəlalar, törənən böyük xətalar,
Qılınan bütün namazlar, edilən bütün dualar
Bu şəhərdə qayğısızdır.

Başı bit basan çox ömrün, adı qalmayıbdır əfzəl,
Tozu palçığa qovuşmuş nə qədər ki vardır heykəl
Bu şəhərdə qayğısızdır.

Dişi tarixin gəmirmiş təzələr də, köhnələr də,
Dağılan minarələr də, sökülən məhəllələr də
Bu şəhərdə qayğızıdır.

Siqaret misalı çəkdik, neçə ahın üstünə ah,
Daha kimsəsizliyiylə, elə bil ki, hətta Allah
Bu şəhərdə qayğısızdır.

Yorum Gönder

0 Yorumlar