Araz Əfəndi - "ADAM"

Kiçilərmiş demə hər dəfə ucalmış bir adam,
Dikilib güzgüdə heykəl kimi qalmış bir adam.

Hər nə etsən o qalar adına pisliklə və ya,
Yaxşılıq ilə bir insana misalmış bir adam.

Hətta ən doğma adamlarda ögeyləşmədədir,
Elə bil ki, məni gözdən yerə salmış bir adam.

Calanıb aylara il ötdü zaman, əfsus ki,
Geri vermir hələ də könlümü almış bir adam.

Vəslə yetmək ümidiylə nə biləydim bir ömür,
Mənə əl çatmayan arzûda xəyalmış bir adam.

Qaldı xoş xatirələrdə ey Əfəndi, qələmin,
tozlu rəflərdə şəkillər və qocalmış bir adam.

Yorum Gönder

0 Yorumlar