Elmar Salahi Hesenov - "RİYAKAR BAKI"


Şəhrimiz röyadədir,heç kim oyatmır sadəcə,
Dövr ilə başın qatanlar indi qatmır sadəcə.

Əzmkar ol ey bəşər,Allah da versin əcrini,
Bir günə bir çəkməçi bir çəkmə satmır sadəcə.

Sən riyakarsan Xəzər,axşam üzündən bəllidir,
Səndə nakam qadının övladı batmır sadəcə.

Çox güvənmə,bivəfa sakinlərindən qıl həzər,
Badi-Kubə Kufədir,Muxtarı çatmır sadəcə.

Köhnə dövrün köhnə təştindən su içdim,bilmədim,
Köhnəlib türkün misalı,qəlbə yatmır sadəcə.

Sən ədalətsiz ölümlər yurdusan,əvvəlki tək,
Qız Qalasından özün şəhzadə atmır sadəcə.

Ey Səlahi,qoy sənə naz ilə davransın Bakı,
Bir də ondan yaz,Xuda qadın yaratmır sadəcə.

Yorum Gönder

0 Yorumlar