Xəyali Mahmudlu - "BAXMAYARAQ"

Sübh olur, nuru günün qismət olur baxmayaraq Qismətimdən qaçıram, xiffət olur baxmayaraq. Səhv üzündən yox üzüm gül üzünü seyr eləyəm Ki, üzrxahlığıma dəvət olur, baxmayaraq Sevmişəm mən gecənin sadəcə səssizliyini Bəxtimin eynisi tək zülmət olur baxmayaraq Çox vəfasızdır o da, sübh açılarkən yox olur Mənlə ta sübhədək həmsöhbət olur baxmayaraq
Nəfsə aludə olub, ömrümü verrəm badə Onun islahına gər, möhlət olur, baxmayaraq. Mahmuda söyləyəcək mən qalıram sən getdin Qoca dünya özü bimürvət olur, baxmayaraq

Yorum Gönder

0 Yorumlar