Pərviz Hali - "ETDİ"

Adının zikri gülüm könlümü aram etdi
Qarə zülfün də mənə gündüzü axşam etdi

Qıvrılan qarə saçıntək dügünə düştü işim
Nə fələk açdı nə də bəxt bir əncam etdi

Dəlidir söyləyibən eylədilər tənə mənə
Xəlq içində sənin eşqin məni bədnam etdi

Şeyx Sənanə müridəm çün , o tərsa qızının
Eşqi axırda məni xarici-islam etdi

Bu qəzəl bilmədi Hali necə icad oldu
Yəqin ilham pərisi qəybdən ilham etdi

Yorum Gönder

0 Yorumlar