Mirzə Ələkbər Sabir - ŞEİRLƏRİ


Ax!..Necə kef çəkməli əyyam idi
Ax!.. necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi!

Öz həqi-məşruni bilməzdi el,
Çöhreyi-hürriyətə gülməzdi el,
Gözlərini bir kərə silməzdi el,
Qəztəyə, jurnalə əyilməzdi el,
          Daim eşitdikləri övham idi,
          Ax!.. necə kef çəkməli əyyam idi!

Ölkədə bunca yox idi eybcu,
Neyləridiksə görünürdü niku,
Xəlqdə didarımızə arizu,
Bizdə var idi nə gözəl abiru,
          Hörmətimiz vacibi-islam idi,
          Ax!.. necə kef çəkməli əyyam idi!

Millətə çatdıqca qəm, əyyaş idik,
Hakimə yar, amirə qardaş idik,
Qibleyi-taətgəhi-ovbaş idik,
Harda aş olsaydı, ora baş idik,
          Hər gecə, hər gün bizə bayram idi,
          Ax!.. necə kef çəkməli əyyam idi!

Gərçi riya idi bütün karımız,
Kar ilə bərək idi kirdarımız,
Leyk həman var idi miqdarımız,
Höccət idi hər kəsə gövtarımız,
          Xəlqin işi bizlərə ikram idi,
          Ax!.. necə kef çəkməli əyyam idi!

Eybimizi çulğalamışdı əba,
Hər nə gəlirdi boşalırdı qaba,
Kim nə qanırdı, - nədi zöhdü riya?
Naxoşa xaki-dərimizdən şəfa,
          Söməəmiz kəbeyi-ehram idi,
          Ax!.. necə kef çəkməli əyyam idi!

Bizlər idik xəlqin inandıqları,
Piri-hidayət deyə qandıqları,
Nur görürlərdi qarandıqları,
Bizdə idi cümlə qazandıqları,
          Kim bize pul vermese bednam idi,
          Ax!.. necə kef çəkməli əyyam idi!

Indi adamlar deyəsən cindilər,
Cin nədi, şeytan kimi bidindilər,
Lap bizi ovsarladılar, mindilər,
Ay keçən əyyam, olasan indilər!..
          Onda ki, övladi-vətən xam idi!
          Ax!.. necə kef çəkməli əyyam idi!
Ay can, ay can!

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....

Qıl yaymayırdı əsla zalımların gözündən,
Rüsvay idik cahanda məlunların sözündən,
Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,
Əlləşməmiş qutardıq zəhmətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Badi-səba, apar ver, Molla Qəvama müjdə,
Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,
Söylə, о da yetirsin cümlə əvama müjdə;
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Munbərdə rəqsə gəlsin behcətdən, ay can, ay can!....

Ərz et bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,
Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Get Qübbəyə səlam et Molla Hacı Babayə,
Söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,
Mömün müridlər ilə dur qoş səda-sədayə,
Ümmətlərin yığılsın hər kətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Yatdı qəzet yazanlar, fursət dəxi sizindir,
Qarşıda var orucluq, söhbət dəxi sizindir,
Məsciddə mənbər üzrə lənət dəxi sizindir,
Ayrılmayın ölüncə lənətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Aldanmaram ki, doğrudur ayinin, ey əmu!

Aldanmaram ki, doğrudur ayinin, ey əmu!
Kəssin məni, həqiqi isə dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq tüfəngimdir dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq tüfəngimidir dinin, ey əmu?

Qəlbin kimi siyah edəməzsən məhasinin,
Cumma hənaya boşla bu təlvinin, ey əmu?

Sövmü səlatdan sənə gər çıxmasaydı pul
Olmazdı bunca zəhmətə təmkinin, ey əmu?

Tikmə namazını gözümə bir cida kimi,
Göstər müamiləndəki təyinin, ey əmu!
Amma, millət a!

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....
Az zamanda nə sərəncam etdi?! Amma, millət a!....
Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!....
Varlığın mərdanə elam etdi?! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Basdı, keçdi əhli-İran qatladı hər milləti,
Bildi qədrin, aldı haqqın, qovzadı milliyyəti,
Aldığı məşrutəni parlatdı parlaq qeyrəti,
Əhsənüllah, himməti-tam etdi?! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

İş başında əyləşən kəslər xəyanətdən səva,
Vay, yanıldım, qoy deyim, hə, lap sədaqətdən səva
Etməz oldu bir nəfər olsun da xidmətdən səva,
Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi! Amma, millət a!....

Əql heyrandır ki, saysin bir-bir əhrarın işin,
Qanmaq olmur, anlamaq olmur Sipəhdarın işin,
Yefremin, ya Bağırın, yainki Səttarın işin,
Mərhəbalar! Vəh, nə əncam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

Eyləsin Səttarü Bağır başqa bir iyma, neçin?
Ya hökumət eyləsin əhrarlə dəva, neçin?
Qanmıram, əlqissə, sərdari-Bahadir ya neçin
Bağırı təslim Səmsam etdi?! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....

Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!
Parladı, meydana çıxdı millət, etmə qəm, kişi!
Qoy bizi təqdir edib də söyləsin aləm, kişi,
İktisabi-izzəti-nam etdi! Amma, millət a!....
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....
Analar bəzəyi

Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.

Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?
Cəmadə fəxr isə şayani-ümmühat deyil.

Həqiqi validənin ən şərəfli bir bəzəyi –
Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil.

O madərin ki, yox övladə hüsni-tərbiyəsi,
Səzayi-məkrəməti-nami-validat deyil.

Həyata layiq olan ziynət – elm gövhəridir
Ki, boylə bir dirilik qabili-məmat deyil.
Arzu

Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!

Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,
Nə dəftərə, qələmə, kağıza bu rəğbət olaydı!

Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!

Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,
Nə bir para oxumuşlarda bu zəkavət olaydı!

Nə hüsn olaydı cavanlarda əmr-millətə qarşı,
Nə bu cavanlar olaydı və nə bu millət olaydı!

Düşəydi daş о günə kim, qəzet-məzet sözü çıxdı,
Qəzet işin törədən nabəkarə lənət olaydı!

Nə gündə, həftədə, ayda çıxan qəzet və nə jurnal,
Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!

Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm nə Japonya,
Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı!

Nə "Nəfxi Sur Cəhangir", nə "Məlik-Mütəkəllim",
Nə bəzi kişvəri-İranda bu ləcacət olaydı!

Nə Türkyədə bu qanun-əsasi nəşr olunaydı,
Nə biədəb yeni türklərdə bunca cürət olaydı!

Nə xortlayaydı bu şəkl ilə "Molla Nəsrəddin", ey kaş!
Nə kalba Səbzalılarda bu xovfü vəhşət olaydı!

О köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:
Gərək bu əsrə görə boylə, boylə adət olaydı!

Bu bişüurların ağlına, kəmalına bax bir!
Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!
Adəmi adəm eyləyən parədir

Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş ayaq eyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın
Atəşi-xanə suzi-millət ikən –
Hər kəsin sacdəgahıdır xakın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş puçuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
Bakıda bir kənddə mühavirə

Kəndli:
— Denilir, elm oxuyun, sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-quran da bizə,

Axund:
— Hansı qurandır о ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndli:
— Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund:
-- Ox, apar bir yana at sünni yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar gərək!

Kəndli:
-- О yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund:
-- Buna şübhən də var?

Kəndli:
-- Əlbəttə, inanmam bu sözə!

Axund:
-- Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!
Bənzətmə

Sonya, ey dilbəri-pakizə-əda!
Sənə bu Naqdı bəyin canı fəda!
Aşiq oldum о zamandan ki, sana,
Hər nə hökm eylədin, ey mahliqa,
Etmədim onda təxəllüf əbəda,
Diləyin oldu məramınca rəva....
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Sənəmim, laləruxum, gülbədənim,
Mələyim, sərvqəddim, simtənim,
Ey fərəhbəxş dili-pürmühənim,
Söylə, aya, günahım noldu mənim,
Qarğalar məskəni oldu çəmənim?!
Keçdi əğyar əlinə yasəmənim?
El bütün oldu bu gün tənəzənim?
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın?"

Та dedin tabei-fərman ol, oldum,
Hüsnümə valehü heyran ol, oldum,
Nazənin canıma qurban ol, oldum,
Eşqdə xanəsi viran ol, oldum,
Qapıma əcz ilə dərban ol, oldum,
Aqibət müstəhəqi-nan ol, oldum,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Dil о gündən ki, düçar oldu sənə,
Bir yazıq aşiqi-zar oldu sənə,
Uydu, bisəbrü qərar oldu sənə,
Var-yoxum ta ki, nisar oldu sənə,
Bir də baxmaq mənə ar oldu sənə,
Başqa bir cəzbəli yar oldu sənə,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Əmr qıldın mənə, şeyda ol, oldum,
Eşqdə bisərü pa ol, oldum,
Yəni sərdadeyi-sevda ol, oldum,
Tərk namusa mühəyya ol, oldum,
Şənini at çölə, risva ol, oldum,
Nəzəri-xəlqdə ədna ol, oldum,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Söylədin hörmətini at, atdım,
Malını, sərvətini at, atdım,
Əhlini, külfətini at, atdım,
Qövmünü, millətini at, atdım,
Cümlə heysiyyətini at, atdım,
Müxtəsər, qeyrətini at, atdım,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Mənə aid bütün irsi-pədərim -
Əkinim, mülküm, evim, bumü bərim
Nə zaman getdi isə yox xəbərim,
Səndə idi mənim ancaq nəzərim,
Həp sənə oldu fəda simü zərim,
Qalmadı yanmağa bir parça tirim,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Mənə əvvəlcə özün yar oldun,
Sevdiyimsən, deyə, dildar oldun,
Məst ikən mən hələ, huşyar oldun,
Başqa bir fikrə həvəskar oldun,
Cümlə maəmləkimə nar oldun,
Məni yox etdin, özün var oldun,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Leyk mən bunca fəlakətlə yenə
Varam əvvəlki sədaqətlə yenə,
Durmuşam eyni iradətlə yenə,
Baxıram kuyinə həsrətlə yenə,
Mümkün olduqca bu halətlə yenə
Sürərəm ömrümü qəflətlə yenə,
Agah olmam bu rəzalətlə yenə,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Çünki biz taifə əhli-kərəmiz,
Mərəzi-eşqdə sabitqədəmiz,
Zadəganız, həpimiz möhtərəmiz,
Eşq meydanına yeksər həşəmiz,
Dinü dildadeyi-zibasənəmiz,
İşbu vəch ilə səzayi-ədəmiz....
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Bəzi yerlərdə təsadüf olunur aşa, ətə

Bəzi yerlərdə təsadüf olunur aşa, ətə.
Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün
Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!

О qədər xoşlanıram tüstüsü çıxcaq kababın --
Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!

Görürəm ta əti qəssab dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

Nuş olur canıma ət, xasə о həngamədə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!

Əti çox istəyirəm, leyk pulu ondan çox,
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

Xərc edir bir para əşxas pulun bayramda
Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə!

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,
Yaramır pul verilə hər quruya, yaşa, ətə!

Pulu ancaq yaraşır çinləyəsən sənduqə,
Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə!

Oylə zəhləm gedir, allah da bilir, millətdən,
Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!

Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu əvamlıqla belə hər sözü təfsir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürirsək, ona qarşı olarıq,
Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq,
Bizə hər kəs çörək atsa, onu təqdir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Deyilik naşi bu işdə, — ağarıbdır yalımız,
Bilirik dini-müsəlmanı bu gün öz malımız,
Üzüqırxıq deyilik, — bir şələdir saqqalımız,
Tərpədib xeyrə onu, aləti-təzvir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Gedərik məscidə hər gün, qılarıq onda nəmaz,
Xüşkə möminlik edib, bağlayarıq razü-niyaz,
Məscid olsun,— alarıq satsa cocuqlar bizə naz,
Bu uşaqbazlığı biz zöhd ilə təstir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Danışıb-söyləşərik hər necə ünvan olsun,
İftira, ləğv, əbəs, hərzəvü hədyan olsun,
Hər kəsə bağlayarıq her cürə böhtan olsun,
Qoy bizim din evimiz olsa da viran, olsun,
Güc verib zikrə, cinan qəsrini təmir edərik!
Mümkun olduqca müsəlmanları təkfir edərik!

Möminik, keflənərik arzuyi-cənnət ilə,
Oxumuşlar adını yad edərik lənət ilə,
Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə,
Biz bu əfsanələri cəhl ilə tənfir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Ölkəni seyr edərək hər cürə insan görürük,
Ancaq öz nəfsimizi paki müsəlman görürük,
Bu xəyal ilə yatıb huriyü qılman görürük,
Xabi-sadiq deyə bu haləti təbir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Bir bəhanə əldə ünvan etməli bundan sora

Bir bəhanə əldə ünvan etməli bundan sora
Büsbütün məxluqə elan etməli bundan sora!

Nov üsulun şərə bərəks olduğun izah edib,
Köhnəni tətbiqi-quran etməli bundan sora!

Xasə bu jurnal, qəzet əmrində bir fitva tapıb,
Sədd rahi-nəşri-irfan etməli bundan sora!

Boylə iş, bunca qəzet, bunca mazet olmaz, canim!
Bunları məhkumi-bütlan etməli bundan sora!

Din gedir, məzhəb gedir, qədri itir mollaların,
Çareyi-əmri-müsəlman etməli bundan sora!

Hər yetən kəndin mühərrir ədd edib min söz yazır,
Bunları mətrudi-övtan etməli bundan sora!

Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,
Sərbəsər avareyi-nan etməli bundan sora!

Cırmalı dəftərlərin, sındirmalı çernil qabın,
Fikri tərvici-qələmdan etməli bundan sora!

Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə
Cümlə mətbuatı viran etməli bundan sora!

Siyyəma, şairləri hökmən və hötmən zor ilə
Xaric-əz-islamü iman etməli bundan sora!

Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, --
Küfr ilə məşhuri-dövran etməli bundan sora!

Arqadaşlar, ələman, gəl tez verib də əl-ələ,
Həm bu yolda əhdü-peyman etməli bundan sora!

Aid olmur indi bunlardan bizə bir mənfəət,
Pul verərlərsə, müsəlman etməli bundan sora!
Bir cibimdə əskinasım

Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Pişgahi-çeşmi-canımda vətən etsə vəfat, -
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Qarşımda təzim üçün səf bağlasa kühsarlər,
Axsa aclar didəsindən cuyi-cuşişbarlər,
Baxmaram, ancaq çoxalsın kassada dinarlar,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,
Zalimanın zülmü hərgiz etməsin vicdanə kar,
Tək ucalsın şənimiz, olsun təəyyüş bərqərar,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Şimdi bəzl etməm, mənə lazım şu imranın sonu,
Çün pula möhtacdır dünyada hər anın sonu,
Bərcəhənnəm olmasın yeksər müsəlmanın sonu!
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Çeynənildi millətin, neylim hüquqi-əqdəsi,
Ya ki, heç bir yerdə yoxdur hörmətli, çəni, səsi,
Böylə-böylə sözlərin mən olmaram baziçəsi!
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Müxtəsər, çəkmə yanımda bir də vicdan namini,
Ac qalıb zar ağlayan bikəs yetiman namini,
İstəsən könlüm açılsın – söylə milyan namini!
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Bir dəstə gül

İranlı deyir ki, ədl ilə dad olsun,
Osmanlı deyir ki, millət azad olsun,
Zahid nə deyir? Deyir ki, qarnım dolsun,
İranlı da, Osmanlı da bərbad olsun!

Tacir arayır ki, bir ticarət yapsın,
Amil çalışır bu yolda xidmət yapsın,
İş mollalarındır ki, çalsın-çapsın,
Yatsın, dursun, qüsli-cənabət yapsın.

Jurnal, qəzetə çıxır ki, millət oxusun,
Hər bir əsərindən alsın ibrət, oxusun,
Rusca oxumuşlara bu iş ar gəlir,
Derlər, bunu qoy qarə cəmaət oxusun.

Zənn etmə ki, zikrə, səcdəyə dalmaq üçün
Zahid yüyürür məscidə əcr almaq üçün,
Dün çaldığı səccadəyi satmış da yemiş,
İndi yüyürür əlavəsin çalmaq üçün.
Bimərhəmət əyanlarına şükr, xudaya!

Bimərhəmət əyanlarına şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr, xudaya!

Millət qəminə baxmayan ənzari-kərəmlə
İyşani-zəvi-şanlarına şükr, xudaya!

İş bilməyən ancaq yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudaya!

Bidadi-bəradərlə olan qanına qəltan
Qafqazdakı qurbanlarına şükr, xudaya!

Xassə Bakı şəhrində, о şöhrətli məkanda
Dərya tək axan qanlarına şükr, xudaya!

Xunxar olan əfradi-bəni-növünə daim
Bu vəhşiyü ğərranlarına şükr, xudaya!

Qurd isə, şəğal isə biyabanda olurdu,
Şəhr içrə bu heyvanlarına şükr, xudaya!

Gözlənməyən ədnalığın icadına ciddən
Himmət edən insanlarına şükr, xudaya!

Həmmamdə övrətlərə quldurluq edən bu
Qeyrətli müsəlmanlarına şükr, xudaya!

Sakit oturan boylə cinayətlərə qarşı
Bu sahibi-vicdanlarına şükr, xudaya!

Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!
Səbr etdiyin avanlarına şükr, xudaya!

Həll olmadı könlümdəki nisgilli müəmma....
Təcdid edirəm mətləi, mabədi var əmma....
Bizə nə?

Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Biz məgər aclara vəqf eyləmişik malımızı,
Та ki, hər müstəhəqə bəzl edək əmvalımızı?
Biz müraat edərik ancaq öz əhvalımızı,
Daima bəsləyərik naz ilə ətfalımızı.
Atasız tiflləri basdı boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Bu da sözdürmü, qazandıqlarımız parələri
Hey verək boğmalasın Zəngəzur avarələri?
Bizlərə dəxli nədir -- yoxdur əgər çarələri?
Qoy ağarsın füqəra gözlərinin qarələri!
Çəksin onlar gecə-gündüz nigəranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora!
Biz sənin hiylən ilə düşmərik əsla bu tora!
Baxmarıq guşeyi-çeşm ilə daha Zəngəzura!
Qarlı dağlarda soyuqdan ölənin canı gora!
Olmadı qismət о bədbəxtə aranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Bizə göstərmə, əzizim, о qəm oylaqlarını,
Yazda çox gəzmişik al güllər açan dağlarını,
Yığmışıq dəhyekini, boşlamışıq bağlarını,
Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını....
Çulğayıb Zəngəzuru indi boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Hələlik tullamışıq xaneyi-viranələri,
Dolanıb kişvəri-Tiflisdə kaşanələri
Tapdıq axır Lizalar tək neçə cananələri,
Çilçıraqlarla işıqlandırırıq xanələri,
Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Bura say

Cəmaət:
Zilli-Sultan, bura say döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!
Zilli-Sultan:
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!
Cəmaət:
Sən ki, Avropadaydın, niyə yorta-yüyürə
Cumdun İrana, bu viranədə düşdün də girə?
Saldın axır öz əlinlə özünü ağzıbirə,
Vec bitirməz sənə, dönmə dəxi daşa, dəmirə,
Boş danışma, bura say qapdırıb aldıqlarını!
Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!
Zilli-Sultan:
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!
Cəmaət:
Birbəbir yadına sal cümlə unutduqlarını,
Millətin qanın alıb, şüşəyə tutduqlarını,
Qış üçün axtalayıb yayda qurutduqlarını,
Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!
Boş danışma, bura say öldürüb aldıqlarını!
Bölüb aldıqlarını, böldürüb aldıqlarını!
Zilli-Sultan:
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!
Cəmaət:
Əlli il ölkədə vurmuşdun, a zalım işini,
Sən ki hazır eləmişdin çiyini, bişmişini,
Təməin indi nədir ya qıcıdırsan dişini,
Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!
Boş danışma, bura say satdırıb aldıqlarını!
Atıb aldıqlarını, atdırıb aldıqlarını!
Zilli-Sultan:
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!
Cəmaət:
Əhli-İranı uşaqdır deyə saldız beşiyə,
Ki, məbada ayılıb ağlıya, durduz keşiyə,
Taki açdı gözün iranlı, soxulduz deşiyə,
İş çətinləşdi, indi, yığdığını çək eşiyə!
Boş danışma, bura say asdırıb aldıqlarını!
Basıb aldıqlarını, basdırıb aldıqlarını!
Zilli-Sultan:
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

  • Qeyd 1: İlk dəfə "Molla Nəsrəddin" jurnalında (23 avqust 1909, N34) "Məstəli şah Gərguci" imzası ilə çap olunmuşdur. Bu şer Ağa Məsih Şirvaninin "Tövbənamə" adlı tərcibəndinə bənzətmədir. Tərcibənd belə başlanır:
“Sənə zahirdir, əya, heyyü xəbirü dana,
Olsa hər mazivü müstəəbəlü məxfi peyda,
Qul şəhindən eliyən cürmü yaşurmaq nə rəva,
Əhv qıl, eyləmişəm çox qələtü səhvü xəta!
Tövbə, ya Rəbb, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!”...
  • Qeyd 2: Zilli-Sultan – Məhəmmədəli şahın atası Müzəffərəddin şahın qardaşı idi. İranda Məşrutə vaxtı o, Avropaya getmişdi. İrana qayıtmaq istərkən camaat onu Rəştdə tutub saxlamış, İrandan çıxmasını, əmlakının müsadirə edilməsini tələb etmişdi. Həmin hadisəyə işarə olunur.
Çatlayır, Xanbacı, qəmdən ürəyim

Çatlayır, Xanbacı, qəmdən ürəyim,
Qavışıb lap acığımdan kürəyim.

Nola bir evdə qoyaydız qarabaş,
Verməyəydiz məni bu əbləhə, kaş!

Mən ki, damdan, bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim.

Hərzə-hərzə danışıb gülməz idim,
Ər nə şey olduğunu bilməz idim;

Oturub ac komasında atamın,
Biş-düşün hazır edərdim anamın;

Bitləyərdim nənəmin baş, yaxasın,
Yamayardım babamın çul-çuxasın,

Tez durub sübh sağardım inəyi,
Xansənəmdən diləməzdim köməyi;

Neyləyirdim bəzəyi уа düzəyi?
Dama, divara yapardım təzəyi.

Atam əllaf, babam dülgər idi,
Qardaşım culfa, əmim kargər idi,

Xanbibim falçı, nənəm bağ toxuyan,
Bizdə, haşa, yox idi bir oxuyan!

Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!

Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?

Büsbütün gül kimi insanlarıdıq,
Nə müəllim və nə dərs anlarıdıq.

Dəftərin andıra qalmış sözünü
Eşidib görməmiş idik üzünü.

Boylə bir tərbiyəli evdə müdam
Bəslədiz mən kimi bir sərvi-xüram.

Vay о gündən ki, məni ad elədiz,
Elə bildiz də ki, dilşad elədiz.

Mən də sandım ki, dönüb bəxtəvərə, --
Gedirəm bir nəfər insana ərə.

Nə bilim boylə də insan varmış,
Şəkli-insanda da heyvan varmış.

Ər oxurmuş da, yazarmış da, atam!
Ər deyil, möhlik azarmış da, atam!

Ər deyil, şair imiş xanəxərab!
Fikri yazmaq, oxumaq, suglu kitab....

Saldız axırda yaman hala məni,
Ərə verdiz də bu qəffala məni.

Gah yazır, gah oxuyur, gah danışır,
Gündə bir hərzə kitabnan tanışır;

Gah gedir fikrə, bərəldir gözünü,
Məhv olur oylə ki, bilmir özünü;

Sübh olunca gecələr darğa kimi,
Yatmayır, qır-qır edir qarğa kimi;

Gah da bir yatsa da vəqtində əgər,
Çəkməyir yuxladığı bir о qədər,

Qəflətən bir də görürsən ki, durur,
Yandırıb lampanı çılpaq oturur;

Başlayır yatdığı yerdə təzədən
Oxuyub yazmağa bir də təzədən.

Belə od olmaz, atam, boylə alo!
Od deyil, yanğı deyil, lovdur, lo!

Gah görürsən ki, miz üstə yıxılır,
Baxıram halına qəlbim sıxılır;

Bir qarandaş, bir-iki parə kağız
О qədər çəkmir -- olur qarə kağız.

Xeyrini, şərrini qanmır bu kişi!
Yorulub bircə usanmır bu kişi!

Bizim evdə baxasan hər tərəfə --
Taxçaya, boxçaya ya kim, irəfə --

Görəcəksən bütün işqabda kağız,
Kasada, nimçədə, boşqabda kağız;

Yığılıb dağ kimi hər yanda kitab,
Evdə, dəhlizdə və eyvanda kitab.

Deyirəm, ay kişi, bir gəl özünə,
Bu nə işdir, a kül olsun gözünə!

Bu əməl etdi səni xanəxərab,
Pulların döndü bütün oldu kitab.

Oxuduqca gözünün qarəsini
Aparır, tap başının çarəsini.

Pul gedir, tabü təvanın da gedir
Üstəlik bir quru canın da gedir.

Kəsbkarlıqdan əlin çıxdı, usan!
Ər olan yerdə görüm yox olasan!
Daş qəlbli insanları neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış, -
Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

Iş rəncbərin, güc öküzün, yer özününkü, -
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımiz iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış, -
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!
Əhlinə şah olduğun dövlət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Oldun ol gündən ki, malik rütbeyi-əcdadına,
Düşmədi el qayğısından başqa bir şey yadına,
Ədlü dadə dad verdin, yetsin allah dadına!
Yaxşı bir şöhrət qazandın adına, övladına;
Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Afərinlər doğru yollu verdiyin peymanlara,
Əhdini ifa üçün sadir olan fərmanlara,
Həftədə bir, ayda bir and içdiyin quranlara,
Aqibət hər səmtdən cəlb etdiyin mehmanlara;
Çəkdiyin bu xani-biminnət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Müstəqillən hökmüranı olduğun İranına
Hankı xidmətdən saqındın ta toxunsun qanına?
İndi bir İran deyil, aləm güvənsin şanına....
Namına, namusuna, insafına, vicdanına....
Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə!
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Altı min ildən bəri mövcud olan bir məmləkət
Görməmişdi sən kimi bir şahi-vala-mərtəbət:
Niyyətin saf, etiqadın pak, qəsdin məsədət,
Millətin şad, ölkən abad, ümdə fikrin mərhəmət....
Qoydugun tac, örtdüyün xələt həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Arslanlar boynuna saldırdığın zəncirlər,
Namvərlər qətlinə çəkdirdiyin şəmşirlər,
Atəşi-qəhrü qəzəblə yaxdığın təmirlər
Vəsfə şayandır, həqiqət, etdiyin tədbirlər....
Ümmi-Xaqan oğlu, bu qeyrət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!
Dərda ki, razi-pünhan, xahəd şod aşikara

"Dil mirəvəd zidəstəm, sahib dilan xudara!
Dərda ki, razi-pünhan, xahəd şod aşikara!"

Asudəlik bu saat, yerdən göyə cahanda,
Var isə vardır ancaq İranda hər məkanda:
Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda.
Qeyrətli Şahsevəndə, hər anda, hər zamanda,
Lorlarda, Şıx-Gözəldə, Keşkanda, İsfəhanda,
Tehranda, əncüməndə, qabnetdə, parlamanda.
İşlər, bütün həqiqət, sözlər bütün güvara,
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Dalma təfəkküratə, qare, ki işbu halət,
Ya kimlərin gücündən İranda etdi nəşət?
Əlyövm hər tərəfdən çarpır gözə şikayət,
Hər kəsdə vəcdü-şadi, hər yerdə əmnü-rahət,
Əhvali-daxiliyyə, bilxeyrü vəssəlamət,
Dadü-sitəddə rövnəq, şirkətlə hər ticarət,
Xoşdil bütün cəmaət, razi bütün rəiyyət,
Asudə hali-millət, dair ümuri-dövlət,
Nəzmü-nəsəq mühəyya, leşkər bütün səf ara,
"Dərda ki, razi-pünhan, xahəd şod aşikara".

Zənn etmə haziranın, səyilə bimühaba,
Bu rütbə, etilalıq, beş gündə oldu bərpа!
Yox, yox, xəta edirsən, haşa və sümmə haşa!....
Gərçi bular da az-çox, bir iş görüblər, əmma,
Keçmiş binayi-xeyrin asarıdır həmana,
Qaib müdəbbiranın tədbiridir ki, hala,
Etdikləri sədaqət bir-bir olur da peyda,
Açdıqları bulaqlar cari olur sərapa,
"Hatəssəbuhə həyyu, ya eyyühəssükara!"
Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Bunlar əbəsmi yahu, məlulə yoxmu illət?
Himmətsizin olurmu, bunca müvəffəqiyyət?!
İran səadətində, çoxlar edindi xidmət,
Çoxlar bu məmləkətdə göstərdi səyü-qeyrət....
Zoncümlə Nəsirəddin,-- haqq eyləsin də rəhmət,
Hər beşdə-üçdə etdi, hər səmtə bir səyahət,
Hər bir səyahətində, sel tək axıtdı sərvət,
Yüksəldi ərşə qarşı, xaki-diyari -- Dara....
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

İştə bunun üçündür, iranlı bilməsərrət,
Dünyalara axışdı, olduqca gördü izzət ....
Hər şəhri qıl tamaşa, hər səmtə eylə diqqət:
Məşriqdə minlər ilə, məğribdə bilizafət.
Türkiyyədə ziyadə, Rusiyyədə nəhayət,
Çində, Xətadə bəh-bəh! ... həp aşinayi-qürbət,
Hər sudə biltəkəssür, hər kudə bizziyadət,
İranlıdır görürsən, amma nə şanlı röyət?!
Amma nə dadlı didar, amma nə xoş qiyafət!
Hər şəxsə zahir ikən, yox ərzi-halə hacət.
Tərif üçün və bir də yoxdur dilimdə yara,
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Hə, indi də Əhəd xan, ol mənbəi-ədalət!....
"Abadii" -- vətənçin minbabi-tabəiyyət.
Nasir tək etmək istər, isbati-qədri-millət,
Bol-bol səyahətindən məqsudu məhz ibrət,
Cudü-səxavətindən mən eyləməm hekayət
Qoy madmazellər etsin tərifini nəhayət,
İrana bənzər olsun, qoy səfheyi-Buxara.
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
Ey fələk zülmün əyandır

Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qazetə, jurnala bu küfrişiyəmlər necə cürətlə rəqəmlər yazılıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət… aman, ey vah! Ay allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə bir kimsə də olmaya curət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət…
Budur aləmi-nisvan!
Budur hali-müsəlman!
Gərəkdir edə məhdud
Öz övladını insan!
Sən, əmma, hələ qanma!
Inanmırsan, inanma!
Fərəhlən əməlindən,
Utanmırsan, utanma!...
Eylə bilirdin ki, dəxi sübh olub

Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.

Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.

Övci-fəzadə görərək bayquşu
Səhn də qaqqıldayıram indi mən.

Bir də məni vurma, aman, səngdil,
Rəhm elə, nıqqıldayıram indi mən.

Ay çalağanlar, məni qorxuzmayın,
Mən sizə tərk eyləmişəm lanəni!

Seyr eləyiz, övci-həvada uçuz,
Mən də gəzim səhnəçəyi-xanəni.

Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banalamaram bir daha.

Banlamamaqdır sizə əhdim mənim,>
Söyləmirəm: anlamaram bir daha!
Əhvalpürsanlıq, yaxud qonuşma

— Nə xəbər var, məşədi?
— Sağlığın! N
— Az-çox da yenə?
— Qəzet almış Hacı Əhməd də...
— Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
— Belə nəql eylədilər!..
— Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
Bu isə pəs o ləinin de işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Dəxi bir başqa xəbər?
— Hacı Cəfərin oğlu Vəli Qoyub uşqolaya oğlun...
— O qurumsaq da?
— Bəli!
— Sənə kim nəql eylədi bu sözü?
— Bilməm kim idi.
— Oylə isə ona da min kərə lənət deməli!..
Bu isə pəs o Iəinin də işi qullabıdır.
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Dəxi bir başqa xəbər yoxmu?
— Tanırsan Qəfəri?
— Nə Qəfər? Hansı Qəfər?
— Mirzə Mənafın pədəri!
— Tanıram!
— Dün o da bir şübhəli kəslə danışıb.
— Kim deyirdi?
— Yedici Xansənəm arvadın əri.
— Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Yenə bir başqa xəbər varmı?
-— Bizim qonşu Kərim...
— A... A... A?..
— Bəli, hə... Hə!..
— O nə qaynb, de göriim?
— “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur.
— E1 bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!
— Bu isə pəs ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Mənə bir böylə xəbər çatdı: Səməd dam-daşını
Satıb, onversetə göndərmək üçün qardaşını...
— Bu xəbər doğradur, ancaq bunu da bilməlisiz...
Özü də çekmə geyib, saç da qoyubdur başına...
Bu isə pəs o ləinin də iş qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır
Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!
— Bəli, düzdür bu dəxi...
— Heyf, o dövlətdən ona!.
Dövlət azdırdı onu, dini-xudadan uzaşır...
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,
Danışır bir para sözlər ki, dəyir rövzəxana?
— Bəli, qurbanm olum, lap o çıxıb məhzəbdən!
— Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!
Bu isə pəs o ləinin de işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— O quramsaq Cəbi də gözləməyir hörmətimi,
Burda-orda, belə derlər ki, edir qiybətimi...
Bəli, hətta bu işin üstə ‘onun arvadına söymüşəm!
 Borcun odur, - gözləmisən qeyrətimi...
Mən də her daim ona yağdıraram lənətimi,
Başlayıb dəvətimi, ərz edib hacətimi,
Vaqfi-nifirin edərəm hər günümü, saətimi,
Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,
Siz də lənət oxuyun, çünki bu məlun babıdır!
Ənin

Uçdun, ey ruhi-pürfütuhi – Həsən!
Uçuşun iztirari-təndənmi?
Qoca bülbül, niyə sovuldun sən?
Ya səfa bulmadın çəməndənmi?

Ey həqiqi mücahidi-islam!
Nəşri-irfanda etdiyincə dəvam-
Səni aləmə yaxdı yoxsa əvam?
Gedişin kəsrəti-mihəndənmi?...

Yoxsa əkdikcə toxum südqü səfa
Səni təkdir edirmiş əhli cəfa?
Gözlədikdə bu yolda şərti-vəfa,-
Görmədin yardım əhli-fəndənmi?

Ey “Əkinçi” məzariatında
Bulmadınsa səmər həyatında,
İştə həngameyi-məmatında
Bu tənəbbüt deyil Həsəndənmi?

Leyk millət fəqət sifatın üçün,
Mütəzəkkir nüuti-zatın üçün,
Əsəfa, bir bina səmatın üçün
Yadigar olmasın da səndənmi?..

Həsənim, şimdi qıl behiştə xuram,
Onda Seyyid Əzimə söylə səlam;
Key məhin şairi-bədii-kəlam
Bir xəbər tutmasın vətəndənmi?

Ürəfa məskəni olan Şirvan
Cühəla xabgahidir əlan;
Bizi iğfal edən bu nüktə haman
Kəndimizdən deyil, zəmanədənmi?
Əkinçi

Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
        Getdi mənə nə fələliyin badə, əkinçi!
        Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu əldən sərü samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
        Ol indi palas satmağa amadə, əkinçi!
        Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
        Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
        Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey de "Yoxumdur" - çıxarib canını allam!
Vallahi ovub dideyi-giryanını, allam!
Şallağə tutub pərkəri-üryanını, allam!
        Öz halını sal indi özün yadə, əkinçi!
        Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
        Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
        Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım,
Meysiz, məzəsiz, bitməz olur şamu nəharım;
        İştə belədir haləti-bəyzadə, əkinçi!
        Bəyzadələrin rəsmi budur, adə, əkinçi!
Xaqani

Ulularımızdan eşitdiyimiz
Şirvan xaqanlarından, xaqani-kəbir Mənuçöhr olsa gərək, - bir gün erkən ova getdiyi əsnadə Şamaxının şimal-qərbisində, ən yavıq məhəldə vaqe Məlhəm kəndi kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki,
- Oğlum, sizin kənddə böyük kimdi?
- Əmi, bizim kənddə ən böyük gamuşdur.
- Oğlum, mən oylə böyük demədim. Bunu demək istərdim ki, sizin kənddə adam qabağına çıxan kimdir?
- Əmi, bizim kənddə adam qabağına çıxan itdir!
- Yox, canım, yəni ağsaqqal adam kimdir?
- Əmi, adam istəsən mən, saqqal istərsən bilməm.
Şah gülərək:
- Oğlum, söylə baxayım, sən burada nə yapırsan?
- Əmi, mən burada çör-çöp toplayıram!
- Oğlum, çöp məlum, çör nədir, əcəba?
- Əmi, çöp ayaqda duran, çör isə yerə yıxılmış çıpırtı deməkdir!
Uşağın bu sözləri xaqanın xoşuna gedər, bir qızıl çıxarır.
- Al, oğlum!
- Nədir o?
- Bir qızıldır, sənə bağışlayıram.
- Sağ ol, əmi! Mən istəməm!
- Nəyə?
- Istəməm, çünki anam məni çör-çöp yığmağa göndərmiş, bu qızılı götürsəm sorar ki, nərədən buldun? Şübhələnir də, sonra mənə acıqlanar.
- Oğlum, mən Şirvanın şahı xaqanam. Anana söylə ki, qızılı mənə xaqan verdi.
Uşaq təzim edər.
- Şahım, oylə isə heç alamam, çünki padşah adama ehsan edər, bir qızıl verməz ki!.. Çox…çox… versin gərək! Anam da deyər ki, gərək sənə padşah çox versin, sən bu pulun qalanını nə yapdın? Kiçik bir uşaqda bu böyük istedadı görən xaqan uşağın oxursa, şübhəsiz, gələcəkdə böyük fazil bir şəxs olacağına əmin olduğu cəhətlə, uşağın atasını ehzar etdirib onun oxuma məsarifinə kəfil olacağını vəd ilə uşağın bir alim zatın təhti-tərbiyəsinə verilməsini vüzərayə əmr edər. Əvət, oxumaq bərəkəti sayəsindədir ki, məlhəmli dulğar Əli kişinin oğlu Şirvan şahlarının sərmayeyi təfaxüru olan “Xaqan” ləqəbini onlardan almağa kəsbi-ləyaqət edib. Xaqani Şirvani kimi bir şöhrəti-əbədiyə nail olur ki, bu gün bütün üdəba, şüəra və füzəla indində şayani-təqdir olmaqla biz şirvanlılar, xassə biz Şirvan şairləri onunla təfaxür etməkdə haqlı qalıyoruz. Iştə, oxumanın bəxş etdiyi fayda budur!
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!

Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü-cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mənadə də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsəyə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbası gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın küfrünü şükranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan?!
Fəxriyyə

Hərçənd əsirani-qüyudati-zəmanız,
Hərçənd düçarani-bəliyyati-cəhamz,
Zənn etmə ki, bu əsrdə avareyi-nanız,
Əvvəl nə idiksə, yenə biz şimdi həmanız...
Turanlılanz, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Zülmətsevər insanlanz üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan:
Tarac edərək, bac alınz qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına engəlkəlefiz biz!

Ol gün gi, Məlikşah Büzürg eylədi rihlət,
Etdik iki namərd vəzirə təbəiyyət:
Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,
Düşmən qatıb əl, taxtımızı eylədi qarət...
Öz həqqimizi gözləməyə bitərəfiz biz!
Turanlılanz, adiyi-şüğli-sələfız biz!

Bir vəqt olub ləşkəri-Çingizə tərəfdar,
Xarəzmləri məhv elədik qətl ilə yekbar:
Xarəzmlərin şahı fərar eylədi naçar,
Məscidləri, məktəbləri yıxdıq yerə təkrar...
Heqqa ki, səzavari-nişanü şerəfiz biz!
Öz dinimizin başına əngəlkelefız biz!

Bir vəqt də dəvayi-Səlib oldu mühəyya,
Dəvadə firənglərə qalib gəlib, əmma
Dincəlməyib etdik yenə bir faciə bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa...
Guya ki, biyabanda bitən bir ələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq.
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq...
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt salıb təfriqə olduq iki qismət,
Teymur şahə bir paramız etdi himayət:
Xan İldınma bir paramız qıldı itaət,
Qanlar saçılıb, Ankarada qopdu qiyamət...
Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!
Öz qövmümüzün başına engəlkələfiz biz!

Teymur şəhi-ləngə olub tabeyi-fərman,
Xan Toxtamışı eylədik al qanına qəltan:
Ta oldu Qızıl Ordaların dövləti talan,
Məsko şəhinə faidəbəxş oldu bu meydan...
Əlyövm uruslaşmaq ilə zişərəfiz biz!
Öz dinimizin başına əngəlkələfız biz!

Bir vəqt Şah İsmayilü Sultani-Səlimə
Məftun olaraq eylədik islamı dünimə:
Qoyduq iki tazə adı bir dini-qədimə,
Saldı bu təşəyyə, bu təsənnün bizi bimə...
Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə:
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nəşini qoyduq quru yerdə...
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!
Öz dinimizin başına əngəlkələfız biz!

İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya:
Bir qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki qızışdı olanq məhv sərapa...
Onsuz da əgərçənd ki, yeksər tələfız biz!
Öz qövmümüzün başına əngelkələfiz biz!
Fisincan

Sanma əzdikcə fələk bizləri viranlıq olur.
Un təmənnası ilə buğda dəyirmanlıq olur!

Qanşıqdır hələlik millətin istedadı, —
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur!

Çalxalandıqcä, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

Kim ki, insanı sevər, — aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur!

Ey ki, dersən, ürəfa rahi-xətadə bulunur,
Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur!

Ürəfa dersən özün, əhli-xəta dersən özün,
Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?

Gözünü xirələdirmi günəşi irfanın?
Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur?!

Tanınq biz sizi artıq, demə ha, biz beləyik,
Tanılır ol kişi kim, tutduğu meydanlıq olur!

Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf,
Yüyürürsüz ora kim, dadlı fısincanlıq olur!..
Gər istəsən ki, fitneyi-aləm oyanmasın

Gər istəsən ki, fitneyi-aləm oyanmasın,
Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın,

Göstər çəməndə nərgisə hər sham gözlərin,
Ta sübh olunca xabi-ədəmdən oyanmasın.

Yox məndə tab vəslinə, göstərmə ruyini,
Pərvanə shəmi görsə, nə mümkündü yanmasın.

Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,
Nə görməsin gözüm və nə könlüm bulanmasın.

Sirri-dəhanini demə naəhl zahidə,
Qoy bixəbər qalıb belə əsrari qanmasın.

Canım çıxar çıxanda xətin gülüzardə,
Eylə xətin tərash, qoy ömrüm uzanmasın.

Derlər, nəvidi-vəsl verib yar Sabirə,
Xam olmasın, bu mətləbə hərgiz inanmasın.
İstəsən könlüm kimi zülfün pərişan

İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,
İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Atəşin ruyində əfitək yatıb geysulərin,
Türfə cadudur ki, mar atəshdə suzan olmasın!

Derlər, aşiqküş nigarım qətlimə amadədir,
Allah, allah, bir səbəb qıl kim, peşiman olmasın!

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!
Həvəs

Həvəs sövq eylər insanı həyatə,
Ətalət cəlb edər şəxsi məmatə;

Həvəs isal edər zatı səfayə,
Ətalət mübtəla eylər bəlayə;

Həvəs pirayeyi-əqlü hünərdir,
Ətalət mayeyi-iczü kədərdir;

Həvəsdən nəşət eylər həp fəxarət,
Ətalətdən törər min-min xəcalət;

Həvəs səhrası əmniyyətfəzadır,
Ətalət təngnası bir xətadır;

Həvəs birlə tərəqqiyyat dərkar,
Ətalətdən əməl mənkusü idbar.
Hörümçək və ipək qurdu

Bir hörümçәk özün çәkib durdu,

Dedi fәxr ilә:-Ey ipәk qurdu!

Nә xәsilәtlә iş görürsәn sәn,

Niyә bunca ağır hörürsәn sәn?!

Gәl mәnim sənətimdə sürәtimi

Görüb iqrar qıl mәharәtimi.

İşә gircәk tamamını hörürәm,

Az zaman necә çox iş görürәm?!

Baxdı, güldü ona ipәk qurdu,

Sәrzәniş etdi, tənələr vurdu.

Dedi:-Bәrfәrz olsa, hәr yerdә

Toxuyarsan böyük, kiçik pәrdә.

De görüm, onların nәdir sәmәri?

Bәlkә dә hәr kәsә çatır zәrәri.

Leyk mәndә yox isә dә sürәt,

Yapdığım işdә var ağır qiymәt.

Alәmә faidә verir karım,

Hәr kәs istәr ola xәridarım.
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm

Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,
Kipriyimlə asitanın gərdini pak eylərəm.

Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,
Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.

Eşqini asan bilirdim, çəkdi ish risvalığa,
Shimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?

Boynuma saldım o ziyba tələtin zülfi-kəcın,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.

Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,
Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.

Urma shanə zülfünə, narahat etmə könlümü,
Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.

Sabira , torpağa saldı sayə rəna dilbərim,
Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.
Qorxuram

Payi-piyadə düşürəm çöllərə, -
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərru biyabanları, -
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, -
Dalğalı tufan görürəm, qorxmuram.

Gəh çıxıram sahilə, hər yanda min
Vəhşeyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, -
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, -
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, -
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, -
Qəbrdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, -
Cin görürəm, can görürəm, qorxmuram.

Bu kureyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tühaf insan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..

Bisəbəb qorxmayıram, vəcgi var,
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram
Qorxuram, qorxuram, qorxuram!..
Qoyma, gəldi!

Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı qoyma gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!
Allahı sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Ol gən ki, adaxladız, utandım,
Olandı, dediz, ərin inandım,
Ər böylə olurmuş?! İndi qandım;
Xandostu amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Qorxdum, ay aman, yarıldı bağrm,
Bir nazik ipə sarıldı bağrım,
Gup-gup döyünüb darıldı bağrım,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Dudkeş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qocadır - babam yaşında,
Amma sodamandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

İyrənmişəm ağzının suyundan,
Qətran qoxusu gəlir boyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi ilandı, qoyma gəldi
Kirdarı yamandır, qoyma, gəldi!
Qoyma gələ, saqiya, zahidi meyxanəyə

Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə

Urma gireh zülfünə, eylə həzər, ey sənəm!
Oxşamasın şəkldə səbheyi-səddanəyə.

Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun,
Eşq sözündən səva söz demə divanəyə.

Badeyi-təlx içrə bu nəşəyi-şirin nədir?
Yoxsa qoyub dilbərim ləb ləbi-peymanəyə?

Şimdi ki, üzdün əlin zülfi-pərişandən,
Barı gəl izhar qıl dərdi-dilin şanəyə.

Şəmi də yaxmaqdadır atəşi-sevdayi-eşq,
Şöleyi-pərtövfüruz xasmı pərvanəyə?

Sabir o cennetrüxün kəndümi-xalin görüb,
Az qalıb Adəm kimi aldana bir danəyə.
Məftuni-səri-zülfüne qüllab gərəkməz

Məftuni-səri-zülfüne qüllab gərəkməz,
Rəncuri-ləbi-ləlinə innab gərəkməz.

Məhrabə sücud ətmərəm, ey qibleyi-məqsud,
Qaşın görənə səcdeyi-mehrab gərəkməz.

Aç zülfünü, divanələri bir yerə yığma,
Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.

Yatma xəmi-zülfündə nigarın belə rahət,
Aşiqlərə, ey xəstə könül, xab gərəkməz.

Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm,
Saqi, mənə minbəd meyi-nab gərəkməz.

Hicrində rəvadir ciyərim qanı tökülsün,
Çeşmindən axan qətreyi-xunab gərəkməz.

Sirab eləyib ləli-ləbin Sabiri, ey şux,
Təbdari-qəm-eşqinə qəndab gərəkməz.
Mən belə esrarı qana bilmirəm

Mən belə esrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, sağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..

Derlər utan, hərzəvu hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nədim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, ol, qurtar!
He, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..
Müxtəlif parçalar

Tutdum orucu irəmazanda,
Qaldı iki gözlərim qazanda,
Mollam da döyür yazı yazanda..;
Babam sünni, nənəm şiə, dürək mən,
Nə farsam mən, nə hindəm mən, türək-mən!
Muğanda-müğbeçə, məsciddə-əkbər,
Təfavüt yox... Həqiqətdə zirək mən!..

Fələ, özünü sən də bir insanmı sanırsan?
Pulsuz kişi, insanlığı asanmı samrsan?
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanm dövləti, mali gərək olsun,
Hümmət demirəm, evleri ali gərək olsım,
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan?...
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan - xanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan?...

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!
Bu qədər qışqınğa durdu qonum-qonşu tamam,
Dəbərişməz də veribdir, deyəsən, can, ölübə!
Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölübə!
Cumuxub canım bitlər, birələr, hiss eləmir,
Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə!
Hansı bu doxtura ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, çoxdan ölübə!
Bunu hətta düşünüb cümlə müsəlman uşağı
Her vilayətdə deyirlər: pay atonnan, ölübə!
Məzəli lap bu kim, bir parə urus “dama”lan
Qoşulub bunlara derlər ki, müsəlman ölübə!
Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini, sən də de ordan: ölübə!

Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!
Beş deyil! on beş deyil, her yan baxırsan, — var madam:
Ev madam, mənzil madam, balqon madam, talvar madam,
Sirk madam, qəstin madam, passaj madam, bulvar madam.
Müxtəsər, eqlim çaşıb, ey dad-bidad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbıl!
Ey vay ki, heysiyyəti-millət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!
Yetməzdi bu kim, millətin əhran ayıldı,
Arif denilən bəz füsunkan ayıldı,
Məcmuə yazan bir para bian ayıldı,
Şair ləqəbində neçə idban ayıldı,
Yeni ki, bu əsrin bütün əşran ayıldı,
Derdim, bəcəhənnəm, elin əflcan ayıldı,
Torpaq başına, indi də tüccan ayıldı!
Hər bir işə əl qatdı, mürüwət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kəmal etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffandır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çekin!
Eyləmərəm rəhm onun gözdən axan yaşma,
Baxsm özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm riza şapqa qoya başına,
Kafır ola bir nəfər? Oxutmuram, əl çekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaqlar kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram, el çəkin!
Eyləməyin dengesər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!

Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə filanə hacət olaydı!
Nə hiss olaydı cəvanlarda emri-millətə qarşı.
Nə bu cəvanlar olaydı və nə bu millət olaydı!
Düşəydi daş o güne kim, qəzet-məzet sözü çıxdı,
Qəzet işin törədən nabəkarə lənət olaydı!
Nə Türkiyədə bu qanun-əsas nəşr olunaydı,
Nə biədəb yeni türklərdə bunca cüret olaydı!
Nə xortlayaydı bu şəkil ilə “Mola Nəsrəddin” ey kaş.
Nə kalba Səbzalılardı bu xovfu vəhşət olaydı!
O köhnələrin əcəb kim, utanmayıb da deyirlər:
Gərək bu əsrə görə boylə, boylə alət olaydı,
Bu bişüurlann əqlinə, kəmalına bax bir!
Qadam kəmalınıza! Ban sizdə qeyrət olaydı!..
Cəmaət:
Zilli-Sultan bura say döydürüb aldıqlanm!
Söyüb aldıqlannı, söydürüb aldıqlannı!
Zilli-Sultan:
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!
Cəmaət:
Sən ki, Avropada idin, niyə yorta-yügürə
Cumdun İranə, bu viranədə düşdün də girə?
Saldın axır öz əlinlə özünü ağzıbirə,
Vec bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,
Boş danışma, bura say qapdınb aldıqlanm!
Çapıb aldıqlanm, çapdınb aldıqlannı!
Zilli-Sultan:
Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!...
Lovğalaşıb a görməmiş, çox da belə fınldama!
Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!
Baş-qulağın düzəlməyib, çox da basıb guruldama!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram!
Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?
Köhnə qapı bu tezliyə tazələşə, inanmıram!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
Söylə mənə, vəzarəti-milliyəniz düzəldimi?
Ya uzun əl, uzun papaq qısalaşıb gödəldimi?
Ölkənizə şəməndəfer yol tapa bildi, gəldimi?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
Arxa su dolmayıb hələ!
Köbnə idaıəniz durur,
Rəngi də solmayıb hələ!..
Ax! necə kef çəkməli əyyäm idi,
Onda ki, övladı-vətən xam idi!
Öz bəqi-müşıuini bilməzdi el,
Çöhıeyi-hüıriyyetə gühnəzdi el,
Gözlerini bir kəıə silmezdi el,
Qəzteyə, jumalə əyilməzdi el,
Daim eşitdikləri övham idi,
Ax! necə kef çekməli əyyam idi.
İndi adaçılar deyəsən cindilər,
Cin nedi, şeytan kimi bidindiler,
Lap bizi ovsarladılar, mindilər,
Ay keçən əyyam, olasan indilər!
Ondaki, övladı-vətən xam idi,
Ax! nece kef çəkməli eyyam idi!

Kim nə deyer bizdə olan qeyrətə?
Qeyratimiz bəllidir hər millətə!
Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərməndlərik,nərlərik,
İş göracƏk yerdə söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim ne deyər bizdə olan qeyratə?
Çırmanınq keçməye çay gəlməmiş,
Başlayınq qızmağa yay gəlməmiş,
Söz verərik indi — bir ay gəlməmiş,
Asta qaçıb dürtülerik xəlvəte,
Kim nə deyer bizdə olan qeyrəte?...

Vez etdiyin inandı, sən amma inanmadın!
Y a liləcəb, məgər yonılub bir usanmadın?
Rüşvət həramdır-dedin, aldın, utanmadın,
Vez etdiyin inandı, sen amrna inanmadın!.

Ağladıqca kişi qeyratsiz olur,
Necə ki, ağladı İran oldu...

“Osmanhcadan tərcümə türkə”—bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir?
Mümkün iki dil bir-birinə tərcümə , amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!
Neyliyim, ey vay! Bu urus başdılar

Neyliyim, ey vay! Bu urus başdılar,
Bilməyirem hardan aşıb-daşdılar?!
Ölkədə gündən-güne çoxlaşdılar,
Hər əmələ hər işə çulğaşdilar,

Qoymayln, ay köhnələr, ay yaşdılar!
Heyvərələr hər yerə dırmaşdılar!

Hər biri min günə iş icad edir,
Məclis açıb nitqlər irad edir,
Şiə ikən sünnüleri şad edir,
Sünnü ikən şiəyə imdad edir,

Sanki bunlar bir-birə qardaşdlılar,
Yoxdu təəssübləri,çaşbaşdılar!

Heç biri öz məzhəbinin hörmətin
Gözlləməyir, gözləyir el qeyrətin;
Cümləsi bir yolda qoyub niyyətin,
Xoşlamayırlar atalar adətin;

Çünki nə sünni nə qızılbaşdılar,
Bir yava şeydir bu başi daşdilar!

Əmr təəssüb ola butlan neçin?
Sünnü deyə şiyələrə can necin?
Şiə bilə sünnünü insan neçin?
Birləşə yəni bu müsəlman neçin?

Himmət edin din gedir ay başdılar!
Qoymayın aldatdı bizi saşdılar!

İndi ki, duyduz buların niyyetin
Cəhd eləyin pozmaga cəmiyyətin!
Bunları pozmaq bizə olmaz çətin,
Harda ki, gördüz, oxuyun lənətin;

Hökm eləyin, küfrlə ulğaşdılar,
Dini-xudadən qırılıb qaşdılar,
Cümləsi kafirlərə yoldaşdılar,
Çünki təəccüblər yox çaşdılar!
Növhə

(ixtisarla)
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.

Gəldi şurə dedi: — Ey şəmi şəbistanım oğul,
Yetmədin kami-muradə məhi-tabanım oğul,
Həşıətək dildə qalıb çıxmadı bu canım, oğul.
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.

Ey səba! Bircə əs, ol zülfü-pərişam dağıt,
Xanimani-dili-viraneyi-Leylanı dağıt,
Dili-viraneyi-Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfü-səmənsa üzünə.

Dedilər: — Kimdi bu övrət bizi nalan eləyən?
Yoxsa Leyladu bu Məcnun kimi əfqan eləyən?
Səni, ey tazə cavan, qanına qəltan eləyən
Necə məhşərdə baxan həzrəti-Zəhra üzünə?

Sabira, hər il əza saxla Əliəkbərə sən,
Kərbəlada gedib ağla o şəhi-davərə sən,
Gəl qiyamətdə bu cəm ilə səfi-məhşərə sən
Qalma həsrət iki dünyadə bu mövla üzünə.
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Vaqqıldama bayquş kimi, idbar dilənçi!

Bu məclisimiz məclisi-ehsandır əgərçi,
Düzdüklərimiz neməti-əlvandır əgərçi,
Ehsan füqəra kəsləri sayandır əgərçi,
Bir adəti-irsiyyəti dəxi var, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətliləriz, məqsədimiz eysu səfadır,
Mehmanlarımız büsbütün ərbabi-qinadır,
Kökdür, yekədir, boynu yoğundur, nücəbadır,
Bəydir, ağadır, ağzı duali üləmadır,
Bişmişlərimiz min cürə ləzzətli qidadır,
Dikmə gözünü mətbəxə, biar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dəxli bizə nə boşda qalıb dəsti-sualın?!
Yainki acından mələşir əhlin, əyalın?!
Bax, bax, necə çirkindir o mənhus cəmalın!
Hax-tuf üzünə, surəti murdar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətli neçin sərf edib öz bəzlü səxasın,
Əyanı qoyub, doydura şəhrin füqərasın?
Töksün görüm allah üzünün şərmü həyasın!
Əl çək yaxamızdan, itil, idbar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Bir dəfə fəqir olduğunu anla da, zinhar,
Dövlətlilərin bişmişinə olma həvəskar,
Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!
Etmə bu qədər bizlərə azar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Fəqr əhli qənilərlə mülaqat edə bilməz,
Dövlətliyə insanlığın isbat edə bilməz,
Dövlətli fəqir ilə müsavat edə bilməz,
Nöqsan gətirər şəninə bu kar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Rəhgüzari-məxluqatda bir möhtaci-məsarif

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Bir löqmə nan üçün gözü giryan olan çocuq!
Əşkilə abrusu da rizan olan çocuq!
Mətlubi nan, qazandığı hirman olan çocuq!

İnsan kimi bilinsə idi qədrü qiymətin,
Açmış olurdu məktəbi-milli cəmaətin,
Dərk etmək istəmir hələ bu feyzi millətin,
Qalsın nihan vədieyi-fitri-məharətin;
Ey ehtişami-milləti talan olan çocuq!
Ey dərbədar gəzib ürəyi qan olan çocuq!

Ey gövhəri-fitadə-bəgil, qal nihan hənuz,
Sərrafi-qədrdan deyil islamyan hənuz,
Məşğul xurdü xabdır ərbabi-şan hənuz,
Var ortalıqda söhbəti-dəvayi-nan henuz,
Yox gövhəri-səadətə xahan olan çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

Həqli deyil o kim sənə der. var qəbahətin;
Məncə qəbahət isə olur hali millətin...
Etsəydi tərbiyət səni əhli-vilayətin,
Sailliyə qalırmıdı hərgiz də rəğbətin?!
Başsız qalıb ayaqlara üftan olan çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

Ey nəxleyi-vəten, əsəf olsun bu halına
Kim, bəxşi-terbiyət edənin yox nihalına!
Bilməm nələr gəlir şu qaranlıq xəyahna...
Baxdıqca yalü balma yandım məlalına!
Ey vadiyi-səfaləti puyan olan çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

Olsun əsəf o millətə kim, bixəyaldır,
Yaxud, xəyalı kəndine təksiri-maldır;
Yavrum, quzum, yatanlar ayılmaz, məhaldır,
Ancaq mənimki nalə, səninki sualdır...
Ey mən kimi tənəffurə şayan olan çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Ölüb əəə!

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!
Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!

Bu qədər qışqırığa durdu qonum-qonşu tamam,
Dəbərişməz də, veribdir deyəsən can, ölüb əəə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!

Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
Bədənində donuşub, laxtalanıb qan, ölüb əəə!

Cumuxub canına bitlər, birələr, hiss eləmir,
Çalsa əqrəb də, hənuz eyləməz aman, ölüb əəə!

Hansı doktora ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölüb əəə!

Nə "masaj"la, nə "məsnui-tənəffüslə" bunun,
Və nə "dağ" ilə olur dərdinə dərman, ölüb əəə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağı,
Hər vilayətdə deyirlər: pay atonnan, ölüb əəə!

Məzəli lap budur ki, bir parə rus damaları,
Qoşulub bunlara derlər ki, müsəlman ölüb əəə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də de ordan: ölüb əəə!..
Səbr eylə

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Üzün oldisə gər külfət yamnda qarə, isəbr eylə!

Əsiri-qeydi-fəqr oldun, yazıq, təslimi-hirman ol!
Çalışma, bir işə getmə, fəqət məyusü nalan ol!
Qəzayə çarə yox, giryan ol, üryan ol, pərişan ol!
Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!
Çatar öz rizqi-məqsumun, dolan avarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Məaşın ta ki, təng oldu, ənis ol dərdü möhnətlə!
Boş ol, süst ol, ümidin qət yar ol ətalətlə!
Bunu təqdirə nisbət ver, yaşa daim rəzalətlə!
Həvadə seyr edən insanə baxma çeşmi-qeyretlə!
Burax kəsbi, ünut səyi, yapışma kara, səbr eylə!
Bəlayi-fəqra düşdün, razı ol, biçara, sebr eylə!

Yetərkən zalimin zülmü sənə, dövri-qəzadan bil!
Çatarkən amirin zəcri, onu seyri-səmadan bil!
Özün öz əczinə bais olurkən, masəvadən bil!
Bu məşumiyyəti biganədən gör, aşinadan bil!
Əzil, pamal ol, axtarma buna bir çara, səbr eylə!
Bəlayi-fəqre düşdün, razı ol, biçarə, şəbr eylə!

Əgər çox təngdil olsan bu işdən, qıl fəğan, ağla!
Girişmə başqa bir tədbirə, ancaq hər zaman ağla!
Bütün dünyadan əl çək, aşikar ağla, nihan ağla!
Qapansm gözlərin, fikrin, düşünmə, görmə, yan, ağla!
Tüpür namusa, baxma nəngə, gəlmə arə, səbr eylə!
Bəlayi-fəqre düşdün, razı ol, biçarə, səbr eylə!

Fəqət bir iş də görmək istər isən, gör müsəlman tək!
Təhəmmül eylə cövri-mülkədara, işle heyvan tək!
Çalış, ək, biç, aparsm bəy, evin qalsın dəyirman tək!
Ayılma, haqqını qanma, xeberdar olma insan tək!
Danlma, incimə, tab eylə hər azarə, səbr eylə!
Bəlayi-fəqr düşdün, razı ol, biçarə, səbr eylə!

Vəgər az-çox var isə qeyiətin, kafirlerə baxma!
Bir asan kəsbə məşğul olmaq ilə dindən çıxma!
Uşaqlarçın çörək çıxsın deyə, ha din evin yıxma!
Vəbalın boynuma, get fələlik et, qəlbini sıxma!
Sənə iş sahibi pul verməsə, yan narə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Və yaxud gər əsər varsa canında zurü qüwətdən,
Qolun güclü, üzün qansız, dilin xalisə rəhmətdən,
Qutar bir dəfəlik dərdü ələmdən, bari-möhnətden,
Quduzluq iştə bir peşə, gözəl hər dürlü sənətdən:
Bas al, kəs al, vur al, yıx al, qoşul fuccarə, fəxr eylə!
Məqami-hörmətə çatdın, dəxi həmvarə fəxr eylə!

Yanaş əşrarə, fexr eylə!
Bulaş hər karə, fəxr eylə!
Tutulma nəngə, namusə,
Utanma arə, fəxr eylə!...
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar

Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,
Məndən çək əlin, eylə gilən pir ilə rəftar!
Olmaz sənə qismət dəxi bu dövləti-didar,
Bundan sora hicrimdə ciyərqan olacaqsan!

Aşıq mənə bir mən kimi ziyba gərək olsun,
Mail gülə bir bülbüli-şeyda gərək olsun.
Səndə bu işə səbrü şəkiba gərək olsun.
Amma, bilirəm, səbr evi viran olacaqsan!
Sərü hər muydə min aşiqi nalanın var

Sərü hər muydə min aşiqi nalanın var,
Məgər ey şux nə bir cismdə min canın var.

Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Axtarırsan gənə bir aşiqi əcəb qanın var.

Xahişin tərki dili canıdı, mən həm etdim,
Söylə, ey yar, görüm şimdi nə fərmanın var?

Eydi əzhada qoyun kəsmə, boyun qurbanı,
Aşiqi zar kimi kəsməyə qurbanın var.

Süzi binaleyi pərvanəni gör, ey bülbül,
Səhni gülzarda ancaq sənin əfqanın var.

Həm mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi eşqə nə tədbir, nə fərmanın var.

Sabira, qərq edər axır səni bu seyli bəla,
Olma qafil belə kim, dideyi giryanın var.
Son misraları

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim,

Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən
Başladı şişməyə indi üzü qarə ciyərim...

İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.




















Yorum Gönder

0 Yorumlar