Araz Əfəndi - "GEDİR"

Ölüm misalı ömrümüz zamandan ayrılıb gedir.
Zaman da sonda sovrulub cahandan ayrılıb gedir.

Gözümdə yaşa çevrilir, ovuclarımda əkdiyim,
Dualarım Xudaya asimandan ayrılıb gedir.

Bir ömrün əvvəliylə sonluğunda sanki ruhuma,
Həyat o yanda birləşib, bu yandan ayrılıb gedir.

Həyatda "bəlkələrlə" gün gəlir, əsiri-nəfs olan,
Əqidəsiylə birgə din-imandan ayrılıb gedir.

Əməl də niyyətiylə təyin etdi qismətin, könül,
Bir a'na hər yetəndə digər andan ayrılıb gedir.

Bir ömr tabutuyla rəqsi-ölmə yelkənin açıb,
Xəzər boyunca hər gəmi limandan ayrılıb gedir.

Əfəndi, yetdi ayrılıq zamanı, sən də, dur, yığış,
Bu ruh cism adlanan məkandan ayrılıb gedir.

Yorum Gönder

0 Yorumlar