Koki Mon Roi - "GÜZGÜ"

Bir dəfə güzgüdə əksimə baxdım
O başqa cür idi , mənsə başqa cür
Bilirsən aramızda əsas fərq nədir
Mn məcbur gülürəm ,o sərbəst gülür

Güzgüdəki baxıb gülürdü mənə
Bütün nifrətim onda , kinim ondadı
Mən də əvvəl gülürdüm hər insan kimi
Qalmayıb gülməyin ləzzəti , dadı

Bu necə ömürdür , necə həyatdır
Özüm hər saniyəm , hər saatımda
Aldım həyatımı ovuclarıma
Özüm çox az idim öz həyatımda

Ya mən qalmalıyam ,ya güzgüdəki
Ağladım , bir anlıq o gülümsədi
Əlimi uzatdım boğum əclafı
O da əl uzatdı boğmaq istədi

Sağlam düşünməyim əlimdən gedib
Deyəsən xəstədir yazıq beynim
Gələcəkdə bilmirəm necə olacam
Mən bu gün beləyəm ,indi neyləyim

Bir də baxmayacam güzgüyə yəqin
Onsuz açmalıyam sabahlarımı
Çünki zəhləm gedir güzgüdəkindən
Elə bil o edib günahlarımı

İşığı söndürdüm ,gözüm qaraldı
O da az gözləyib icazə aldı
Mən geri qayıtdım öz həyatıma
O çərçivə içində güzgüdə qaldı

Yorum Gönder

0 Yorumlar