Seyyid Əsri - "QƏZƏL"


Süzdürdi göz tökdi qabaq çatdı qaş ağzın büzdürüb
E'damimin fərmanini  göndərdi şahim yüz dürüb

Gəh yolladım quş namədən gahi qayıq ünvaninə
Ahim yeliylə süzdürüb yaşım seliylə üzdürüb

Ah ilə yaxmış ulduzun dövlət kəbabin çəkdirib
Yaş ilə öz camin yumuş rəhmət şərabin süzdürüb

Lə'l içrə dürriyçün saçar yaş qanlu göz ey növbəhar
Səpməkdəsən duz  yarəmə gül üzrə şəbnəm düzdürüb

Xali qəralər bağrımın dağindən üzmüş lalələr
Gəl ey gül al bir ğönçəsin Əsri səninçün üzdürüb

Yorum Gönder

0 Yorumlar