Xəyali Mahmudlu - "QIZILGÜLÜM"


Çıxan günəşlə sadəcə
səhər-səhər parıl-parıl
parıldayar, ama gecə
yatar mışıl-mışıl gülüm

günəşlə bir gülümsəyər
külək də nəğmələr deyər
çəmən çayır yaşıl geyər
yanar işıl-işıl gülüm

hər izlədikcə etdi sövq
təravəti gətirdi şövq
ləçəkləri bir ayrı zövq
həyatı bir nağıl gülüm

hər an gələr-gedər nəfəs
xoş ətri hiss edər nəfəs
dərindən alsam hər nəfəs
həyat verər qızılgülüm

Yorum Gönder

0 Yorumlar